AZ

EIA Azərbaycanda 2026–2027-ci illərdə neft hasilatı üzrə proqnozlarını açıqlayıb

Bakı. Trend:

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatınınhəm 2026, həm də 2027-ci illərdə orta hesabla günə 540 minbarreldən çox olacağı gözlənilir.

Trend xəbər verirki, ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) 2026-cı ilin martayı üzrə qısamüddətli enerji proqnozunda bildirilir.

Proqnoza əsasən, bu göstərici 2025-ci ildə qeydə alınmış günə570 min barreldən çox olan qiymətləndirilmiş səviyyə ilə müqayisədəazalıb.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə hasilat birincirübdə orta hesabla gündəlik 550 min barreldən çox olacaq, ikincirübdə gündəlik 540 min barreldən çox səviyyəyədək azalacaq, üçüncüvə dördüncü rüblərdə isə gündəlik 530 min barreldən çox təşkiledəcək.

Oxşar dinamikanın 2027-ci ildə də davam edəcəyiproqnozlaşdırılır: birinci rübdə hasilatın gündəlik 550 minbarreldən çox olacağı, ikinci rübdə gündəlik 540 min barreldən çoxsəviyyəyədək azalacağı, üçüncü və dördüncü rüblərdə isə gündəlik530 min barreldən çox olacağı gözlənilir.

Bu arada, Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə,hesabat dövründə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyonton neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu“Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlarının, 3,8 milyon tonu“Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonuisə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon tonneft ixrac edilib. Bu həcmin 20 milyon tonu konsorsiumların, 2,5milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payınadüşüb.

Məqalədə:
Seçilən
84
1
az.trend.az

2Mənbələr