AZ

İran mediası öldürüldüyünü iddia etdi: Netanyahu yenidən peyda oldu

İsrail Baş naziri Binyamin Netanyahu İran mətbuatında onun öldüyü iddialarından sonra yenidən peyda oldu. Milli Səhiyyə Təcili Yardım Əməliyyatları Mərkəzini ziyarət edən Netanyahu dedi: "Şübhəsiz ki, Tehran rejiminin sümüklərini sındırmışıq".

ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə 11-ci gününə qədəm qoyarkən, İran mediası İsrailin Baş naziri Binyamin Netanyahunun öldürülmüş ola biləcəyini iddia etdi.

Bu iddialar Netanyahunun son bir neçə gündə ictimaiyyətin diqqətindən kənarda qalması, evinin ətrafında təhlükəsizlik tədbirlərinin artırılması və ABŞ-ın Yaxın Şərq üzrə elçisi Vitkoff və Kuşnerin İsrailə planlaşdırılan səfərlərinin ləğv edilməsinə əsaslanır. Həmçinin, İsrailin ifrat sağçı təhlükəsizlik naziri İtamar Ben Qvirin və Netanyahunun qardaşı İddo Netanyahunun hücumlarda öldürüldüyü, lakin bunun gizli saxlanıldığı iddia edilirdi.

Seçilən
22
kommersant.az

1Mənbələr