Saytın iddiasına görə, bu proses xüsusilə 2023-cü ildən sonra - bütün Qarabağ ərazisinin Azərbaycanın nəzarətinə keçməsindən və erməni əhalisinin bölgəni tərk etməsindən sonra daha da sürətlənib. Bildirilir ki, 2024-2025-ci illərdə keçmiş Ağdərə (Mardakert) rayonunun Vəng, Oratağ, Aşağı Oratağ, Kolatağ, Hətərq, Çapar və Drmbon kəndlərində, həmçinin Martuni şəhərində və digər yaşayış məntəqələrində azərbaycanlılar məskunlaşdırılıb. Eyni zamanda Hadrut şəhərində və keçmiş Əsgəran rayonunun bir sıra kəndlərində də məskunlaşma prosesinin aparıldığı qeyd olunur.
Materialda həmçinin iddia edilir ki, bəzi yaşayış məntəqələrində evlər təmir edilərək köçürülən ailələrə verilir və bu evlər Azərbaycan mediasında yeni tikililər kimi təqdim olunur. Saytın müəllifləri bölgədəki tarixi və mədəni abidələrin, eləcə də qəbiristanlıqların taleyi ilə bağlı "narahatlıqlarını" da ifadə edirlər.(?)
Yazıda o da qeyd olunur ki, bəzi kəndlərdə əvvəl mövcud olan abidələrin söküldüyü və yeni adların verildiyi iddia edilir. Sayt bu prosesi "məskunlaşdırma siyasəti" kimi qiymətləndirir.