AZ

Pezeşkianın oğlu Müctəba Xameneinin sağ olduğunu bildirib

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei sağdır.

APA İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian deyib.

Yusif Pezeşkian bildirib ki, Müctəba Xameneinin xəsarət alması ilə bağlı xəbəri eşidib.

O qeyd edib ki, Müctəba Xamenei salamatdır və səhhətində problem yoxdur.

Qeyd edək ki, bundan əvvəl beynəlxalq mətbuatda Ayətullah Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələrində yaralanması ilə bağlı xəbərlər yayılıb.

Seçilən
65
15
apa.az

10Mənbələr