AZ

Paytaxt klubundan tarixi antirekord

“Tottenhem” klub tarixinin antirekorduna imza atıb.

Msport.az xəbər verir ki, bu,  UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə ilk oyunundan (2:5) sonra qeydə alınıb.

London təmsilçisi tarixində ilk dəfə bütün yarışlar da daxil olmaqla ardıcıl altı oyunda məğlub olub. Bundan əvvəl “Tottenhem” İngiltərə Premyer Liqasında ardıcıl 5 məğlubiyyət almışdı. Bu seriyada baş məşqçi Tomas Frank vəzifəsindən kənarlaşdırılıb və onun yerinə xorvatiyalı məşqçi İqor Tudor təyin edilib.

Qeyd edək ki, “Atletiko” ilə cavab oyunu martın 18-də Londonda keçiriləcək.

Seçilən
49
1
msport.az

2Mənbələr