AZ

"Bank of Baku" səhmdarlarına dividend ödəyəcək

“Bank of Baku” ASC səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 22 aprel 2026-cı il tarixində saat 15:00-da bankın Baş İdarəsində (Bakı şəhəri, Atatürk prospekti 42) baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

Bankın 2025-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi.

Bankın Audit Komitəsinin 2025-ci il üzrə hesabatının təsdiq edilməsi.

Bankın səhmdarlarına ötən illərin mənfəətindən dividendlərin ödənilməsi.

Bankın xalis mənfəəti hesabına ehtiyatın yaradılması.

Digər məsələlər.

Səhmdarlar gündəlik üzrə materiallarla bankın qeyd olunan ünvanında tanış ola bilərlər. Əlaqə telefonu: (012) 447-00-55.

Seçilən
20
fed.az

1Mənbələr