AZ

İran İsrailə və Körfəzə 4000 raket atıb

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran həm İsrailə, həm də Körfəz ölkələrinə qarşı cavab hücumlarını davam etdirir.

Reyting.az “Tasnim” agntliyinə istinadla xəbər verir ki, İran ordusu İsrailin Hayfadakı neft və qaz emalı zavodu və yanacaq anbarlarını dronlarla hədəfə alıb.

Hücum İranın neft anbarlarına hücumlara cavab olaraq həyata keçirilib.

İsrail ordusu dünən günortadan sonra İrandan atılan yeni ballistik raket hücumunu aşkar etdiyini açıqlayıb.

Qisas tədbirləri Körfəzdə də davam edib. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İraqdakı konsulluğuna edilən dron hücumunu qətiyyətlə pisləyib.

Küveyt Milli Qvardiyası ölkənin şimal və cənubunda məsuliyyət daşıdığı ərazilərdə altı dron vurulduğunu açıqlayıb.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi əl-Xarc bölgəsində bir ballistik raket və iki dron məhv edildiyini bildirib.

AFP-nin məlumatına görə, İnqilab Qvardiyası ABŞ ordusunun İraqdakı Hərir bazasındakı qərargahını beş raketlə hədəfə alıb.

İranın 28 fevraldan bəri yeddi ərəb ölkəsinə 3095 raket və pilotsuz təyyarə hücumu etdiyi bildirilir. Ən çox hədəfə alınan ölkə BƏƏ, ən az təsirlənən isə Omandır.

ABŞ-İsrail hücumları səbəbindən Çin Yaxın Şərqdən 10.000 vətəndaşını təxliyə edib.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
reyting.az

1Mənbələr