
İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.
Missiya.Az Mehr agentliynə istinadən xəbər verir ki, söhbət zamanı regional vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Pezeşkian bildirib ki, İran regional ölkələri hədəf almaq və ya onlarla münaqişəyə girmək niyyətində deyil. Onun sözlərinə görə, İran yalnız özünümüdafiə hüququ çərçivəsində hərəkət edir və ölkə ərazisinə edilən hücumların mənbə nöqtələrini hədəf alacaq.
İran Prezidenti həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar İrana qarşı hərbi hücum və müharibəyə görə məsul şəxslərə lazımi diqqət yetirməsələr, qlobal nizam və təhlükəsizlik ciddi şəkildə pozula bilər.
Telefon danışığı zamanı tərəflər regional sabitliyin qorunmasının vacibliyini də vurğulayıblar.
Seyranə QuliyevaMissiya.Az