AZ

İrandan Azərbaycana ümumilikdə 2168 nəfər təxliyə edilib

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarınıntəxliyəsi davam edir.

Trend-in məlumatına görə, 28 fevral 8.00-dan –11 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşlarıolmaqla ümumilikdə 2168 nəfər təxliyə olunub.

Belə ki, 633 Çin, 383 Azərbaycan, 293 Rusiya, 174 Tacikistan,137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 29 İran, 26İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16Fransa, 16 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 12 Macarıstan, 12Polşa, 11 Meksika, 10 Nigeriya, 10 Belarus, 10 Bolqariya, 10 KonqoDemokratik, 9 Böyük Brityaniya, 9 Kanada, 8 Braziliya və 8Qazaxıstan vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin BƏƏ, Slovakiya, Belçika, Rumıniyanın hər biriüzrə 6 vətəndaş, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan, Avstriya,Hindistanın hər biri üzrə isə 5 vətəndaş, İordaniya, Banqladeş,Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, ABŞ, Finlandiya vəNiderlandın hər biri üzrə 4, Qətər, Filippin, Xorvatiya,Danimarkanın hər biri üzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən,Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyanın hər biri üzrə 2vətəndaş yer alıb.

Eyni zamanda Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba,Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir,Avstraliya və Belisin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.

Məqalədə:
Seçilən
41
49
az.trend.az

10Mənbələr