AZ

Maşın yarıyolda qalırsa...

Heç kimə sirr deyil ki, bir çox sürücülər avtomobillərini saz vəziyyətdə saxlamırlar. Bu da gec-tez özünü göstərməlidir. Ona görə də birmənalı olaraq hər bir nəqliyyat vasitəsini idarə edən sürücü  onu texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır!

Amma təəssüf ki, bir çox halda bu belə  olmur. Başqa sözlə demiş olsaq, bir çox hallarda avtomobilllər sıradan çıxaraq  saatlarla hərəkətin intensiv olduğu küçə və prospektlərdə qalır . Belə olanda da digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaranır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli deyir ki, belə vəziyyət yarananda  ilk növbədə sürücü təhlükəsizlik tədbirləri görməli, qəza işıqların yandırmalı, avtomobil yolun hərəkət hissəsindən evakuasiya edilməlidir. Bu proses nə qədər tez yerinə  yetirilsə, mövcud qəza vəziyyəti aradan qaldırılmış olar.

Eyni zamanda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları xidmət apardıqları avtomobil yollarında  yarıyolda qalmış nasaz  avtomobilləri  yolun hərəkət hissəsindən götürülməsi üçün sürücülərə lazımi kömək göstərir.Ümumiyyətlə,  digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneəçilik göstərən  hər hansı mövcud çatışmazlıq operativ olaraq  əməkdaşlarımız tərəfindən aradan qaldırılır. Bir də əgər sürücülər yarıyolda qalmaq istəmirlərsə, onada zəhmət çəkib idarə etdikləri  avtomobilləri saz vəziyyətdə saxlasınlar!!!

Emil FAİQOĞLU

Seçilən
11
1
adalet.az

2Mənbələr