AZ

Pekin “Tip-055” superesmines flotiliyasını 10-a qədər artırıb

Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri daha iki “Tip-055” idarə olunan raket esminesi istismara verib - “Dongguan” (gövdə nömrəsi 109) və “Anqing” (gövdə nömrəsi 110).

Herbiand.az bildirir ki, bununla Çin Hərbi Dəniz Qüvvələrinin artıq 10 belə gəmisi oldu.

Ötən həftə Çin dövlət televiziyası “Dongguan” və “Anqing” esmineslərinin iştirak etdiyi birgə təlimləri ilk dəfə yayımlayıb və onların istismara verilməsini təsdiqləyib.

Məlumata görə, “Tip-055” esmineslərinin çatdırılma proqramı 16-ya qədər gəminin inşasını nəzərdə tutur.

Esmineslərin əsas məqsədi daşıyıcı zərbə qruplarını müşayiət etməkdir. Həmçinin, suüstü döyüş qrupları üçün flaqman gəmiləri kimi xidmət edə, komandanlıq və nəzarət funksiyalarını təmin edə bilər.

Çində “Tip-055” sinifli esmineslər dördüncü nəsil hesab olunur. 183 metr uzunluğundadır. Ekipaj heyəti 300-dən çoxdur.

Silahlanmaya 200 km-ə qədər mənzilli HQ-9B zenit raketləri, qabaqcıl HQ-26 raketləri, YJ-18A gəmi əleyhinə raketləri, YU-8A sualtı qayıq əleyhinə raketləri daxildir. Arsenalda həmçinin, tam avtomatik 130 mm-lik H/PJ-38 top dəsti, dörd 30 mm-lik H/PJ-11 zenit artilleriya sistemi, qısa mənzilli HQ-10 zenit raket sistemləri və torpedalar da var.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
56
herbiand.az

1Mənbələr