Bakı, 11 mart, AZƏRTAC
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandesi transfer edib.
25 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.