525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində “Gəncənin elm və incəsənət xadimləri” adlı monoqrafiya çapdan çıxıb.
Gəncə alimlərinin birgə əməyinin nəticəsi olan kitabın unikal xüsusiyyəti onun erkən orta əsrlərdən başlayaraq müasir dövrümüzəcən Azərbaycan milli ruhunun ən güclü təzahürü baxımından əlamətdar şəhərlərimizdən olan Gəncədə yaşayıb-yaratmış, eləcə də bu məkanla bu və ya digər dərəcədə bağlılıqları olmuş yüzlərlə görkəmli şəxsin - elm, mühəndislik, ixtira, eləcə də fikir, ədəbiyyat və sənət adamlarına aid bioqrafik və yaradıcılıq məlumatların toplusu halında ərsəyə gətirilməsindədir.
Ensiklopedik xarakterli bu nəşr AMEA-nın 80 illik yubileyinin keçirilməsi haqqında ölkə rəhbərinin Sərəncamının işığında bu əlamətdar yubileyə Gəncə Bölməsinin bir töhfəsi kimi, eləcə də Cənab Prezidentin çıxışlarında milli mənəvi dəyərlərimizin qorunması haqqında alimlərimizin qarşısında duran vəzifələrə dair səsləndirdiyi tezislərdən ruhlanaraq hazırlanmışdır.
Kitabın elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevdir.
“Gəncənin elm və incəsənət xadimləri” kitabı yaxın günlərdə ictimaiyyətimizə təqdim ediləcək.
Zakir Muradov,
Gəncə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.