AZ

10 Mart – Milli Teatr Günündə Zəminə Cəfərovaya “Qızıl Dərviş” Mükafatı təqdim edildi » AzadMedia.az


10 mart – Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə milli teatr sənətinin inkişafında xidmətləri olan sənət adamlarının əməyinə xüsusi qiymət verilir.

Zəminə Cəfərova – Gəncə Dövlət Milli Dram Teatrının istedadlı aktrisalarından biri olaraq milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və Nodar Dumbadzenin “Kukaraça” əsəri əsasında hazırlanan tamaşada Maraqo rolunun uğurlu ifasına görə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən nüfuzlu “Qızıl Dərviş mükafatı”na layiq görülüb.
Bu mükafat aktrisanın səhnə fəaliyyətinə, yaratdığı obrazların peşəkarlığına və teatr sənətinə verdiyi töhfələrə göstərilən yüksək dəyərin ifadəsidir.

Teatrın rəhbərliyi və kollektivi və Azadmedia.az Xəbər Portalının Kollektivi Zəminə Cəfərovanı bu əlamətdar uğur münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayır.
Seçilən
11
1
azadmedia.az

2Mənbələr