AZ

Fransa Livana 60 ton humanitar yardımgöndərəcək

Fransa Livana verdiyi humanitar yardımın həcmini üç dəfə artıraraq 60 tona çatdıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Nazirin sözlərinə görə, “bu həftə gələn yardımın miqdarını üçqat artırmaq qərarına gəlmişik. Livana 60 ton humanitar yardım göndərməyi planlaşdırırıq, o cümlədən sanitar dəstləri, gigiyena vasitələri, döşəklər, lampalar və mobil tibb bölməsi”.

Jan-Noel Barro həmçinin Fransanın Livana əhəmiyyətli dərəcədə yardım göstərmək öhdəliyini vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr