İsrail ordusunun Livanın paytaxtı Beyrutun şəhər mərkəzində bir binaya hücum təşkil etdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərdə İsrailin paytaxt Beyrutun şəhər mərkəzindəki Ayşə Bəkkar bölgəsində yerləşən binadakı bir mənzili hava hücumu ilə hədəf aldığı qeyd edilib.
İsrailin sözügedən hava hücumu ilə çoxmərtəbəli binadakı bir mənzili hədəf aldığı bildirilən xəbərdə can itkisinin olub-olmaması barədə məlumat verilməyib.
Sosial mediada yayımlanan görüntülərdə İsrailin Beyrutun şəhər mərkəzində təşkil etdiyi hava hücumu nəticəsində bina və ətrafına ziyan dəydiyi görülüb.