AZ

Ukrayna təcrübəsi NATO artilleriyasını taktikasını dəyişməyə məcbur edib

İllərdir ki, hərəkətlilik və atəşdən sonra yerdəyişmə artilleriyanın ən yaxşı müdafiəsi idi. İndi daimi hava nəzarəti və ucuz sursatlarla silahlanmış dronlıarın mövcudluğu artilleriyaçıları taktikanı dəyişməyə vadar edir.

Herbiand.az “Business Insider” nəşrinə istinadən xəbər verir ki, hazırda NATO ekspertləri nə vaxt atəş açmaq, və atəşdən sonra şəxsi heyətin sığınacaqda gizlənməsi taktikası üzərində işləuor.

Nəşr yazır ki, dronlar və onların Ukraynadakı döyüş meydanı üzərindəki böyük mövcudluğu NATO artilleriyasını öz zəiflikləri ilə hesablaşmağa və taktikaya yenidən baxmağa məcbur edib. Hazırda atəşdən sonra yerdəyişmə əvəzində necə gizlənmək və və komfulə olmaq taktikası üzərində işlər aparılır.

Norveç Artilleriya Batalyonunun əməliyyat zabiti mayor Kai-Arne Sjötne müsahibəsində bildirib:"Kəşfiyyat və hücum dronları əvvəlkindən daha çox yayıldığı üçün kamuflyaj üzərində daha çox diqqət yetirməyə başlamışıq".

Seçilən
86
herbiand.az

1Mənbələr