AZ

Hörmüz boğazında daha bir gəmi mərmi ilə vurulub - YENİLƏNİB

Hörmüz boğazında daha bir ticarət gəmisi naməlum mərmi ilə vurulub.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) bəyanatında bildirilib.

Hazırda heyət təxliyə edilir.

10:14

Hörmüz boğazında yük gəmisi Rəs əl-Xeymədən (BƏƏ) şimal-qərbdə naməlum mərmi ilə vurulub.

"Report"un Britaniya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) bəyanatında deyilir.

Hadisə nəticəsində gəmi zədə alıb və yardım tələb edib. Bununla yanaşı, idarə bütün ekipajın təhlükəsizlikdə olduğunu dəqiqləşdirib.

"Zədələrin miqyası hazırda məlum deyil, araşdırma aparılır", - UKMTO-da qeyd ediilib.

Bu ərazidəki gəmilərə yüksək ehtiyatlılıq göstərmək və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunub.

"Cebheinfo.az"

Seçilən
1
cebheinfo.az

1Mənbələr