Dubayda Beynəlxalq Hava Limanı yaxınlığında iki İran pilotsuz təyyarəsinin zərbəsi nəticəsində dörd nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Dubay şəhər administrasiyası adından açıqlama verən "Dubai Media Office" bildirib ki, yaralananlar arasında iki Qana vətəndaşı, bir Banqladeş vətəndaşı, bir Hindistan vətəndaşı var və onların xəsarətləri yüngüldür.
Hücuma baxmayaraq, Dubay Beynəlxalq Hava Limanında uçuşlar dayandırılmayıb və hazırda davam edir.
Aminə ŞAHSUVARQIZI