AZ

Çində robotlar kunq-fu ilə tamaşaçıları heyran etdi -VİDEO

Çində ay təqviminə əsasən qeyd olunan Yeni İl - Bahar Bayramı qalasının ən maraqlı anlarından biri insanabənzər robotların təqdim etdiyi kunq-fu çıxışı olub.

Musavat.com xəbər verir ki, bu barədə görüntüləri Çin dövlət televiziyası CCTV yayıb.

Bir qrup uşaqla birlikdə səhnəyə çıxan robotlar, Çin ənənəvi döyüş sənəti olan kunq-fu hərəkətlərini təqdim edərkən, onların real döyüşçülərdən geri qalmayan ustalıq və harmoniya ilə hərəkət etməsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Çin robototexnika şirkəti “Unitree” tərəfindən hazırlanan “H2” model insanabənzər robotlar Henan əyalətindəki Tagou döyüş sənəti məktəbinin tələbələri ilə səhnədə öz bacarıqlarını nümayiş etdiriblər. 

Robotların əsa, qılınc, nunçaku kimi aksesuarlar istifadə etməsi, ucalan döyüş hərəkətləri və havada tərpənmələr kimi çətin fiqurları uğurla yerinə yetirməsi xüsusilə diqqət çəkib. Qeyd edək ki, “Unitree” şirkətinin keçən ilki “H1” model insansı robotları həmin qalada ənənəvi Çin xalq rəqslərini təqdim etmişdi.

Çin  insanabənzər robotları süni intellektlə gələcəyi formalaşdıracaq ən vacib texnologiyalardan biri kimi görür. 2025-ci ilin may ayında paytaxt Pekində robotların və insanların yan-yana yarışdığı dünyanın ilk yarımmarafonu keçirilib.

Musavat.com

Seçilən
84
2
musavat.com

3Mənbələr