Sosial şəbəkələrdə bayram günlərində, xüsusilə də gənclərin sevdiklərinə verdikləri hədiyyələrin nümayiş etdirilməsi ilə bağlı paylaşımlar diqqət çəkir. Bahalı gül dəstələri, telefonlar, brend ətirlər və digər lüks hədiyyələr tez-tez paylaşılır. İlk baxışdan romantik görünən bu paylaşımlar əslində cəmiyyət daxilində müəyyən psixoloji və sosial təsirlərə səbəb olur.
Bu cür görüntülər bəzi gənclərdə münasibətlərin dəyərinin maddi göstəricilərlə ölçüldüyü düşüncəsini yaradır. Nəticədə diqqət, hörmət və emosional bağlılıq kimi əsas amillər arxa plana keçir.
Müşahidələr göstərir ki, bu cür paylaşımlar bəzi ailələrdə münaqişə və narazılıq yaradır. Sosial şəbəkədə gördükləri ilə öz həyatlarını müqayisə edən insanlar bəzən münasibətlərdə gərginlik yaşayır. Hətta sırf bu səbəbdən boşanma halları da baş verir.
Maraqlıdır, sosial şəbəkədə gördükləri ilə öz münasibətlərini müqayisə edən insanların psixologiyasında hansı problemlər yarana bilər? Valideynlər və cəmiyyət gənclərə münasibətlərdə əsas dəyərlərin maddiyyat olmadığını necə izah etməlidir?
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Publika.az-ın suallarını cavablandırdı.