AZ

Pxuket aeroportu "Air India" təyyarəsinin sərt enişindən sonra iflic olub - YENİLƏNİB

Pxuket hava limanı "Air India" təyyarəsinin sərt enişindən sonra iflic olub, təyyarə uçuş-eniş zolağını bağlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İlkin məlumatlara görə, Hindistanın Haydarabad şəhərindən uçan təyyarənin eniş zamanı şassi dayağı zədələnib. Təyyarə birbaşa zolağın üzərində dayanıb və onu blokadaya alıb, bu səbəbdən hava limanı reysləri qəbul edə və göndərə bilmir.

Zədələnmiş təyyarədə 133 nəfər olub, heç kim xəsarət almayıb. Fövqəladə hadisə səbəbindən təyyarələrdən tıxac yaranıb.

Hindistandan yola düşən təyyarə Pxuket (Tailand) hava limanında sərt eniş edib

"Far.Az" xəbər verir, bu barədə xarici KİV məlumat yayıb.

Hazırda yaralananlar barədə məlumat yoxdur.

Seçilən
39
far.az

1Mənbələr