AZ

Dünyanın ən gözəl adı seçildi

Verdiyi məna və ahəngi ilə fərqləndiyinə görə dünyanın ən gözəl adı müəyyən olunub.

"Unikal" xəbər verir ki, "University of Birmingham"ın dilçiləri tərəfindən aparılan araşdırmada “Sofia” adı dünyanın ən gözəl adı seçilib. Araşdırmanın nəticələrinə görə, yumşaq samitlər və ahəngdar saitlərin uyğunluğu sayəsində "Sofia" adı müxtəlif dillərdə qulağa ən xoş gələn ad kimi ən yüksək balı toplayıb.

Dilçilər bildiriblər ki, adın axıcılığı insan beynində müsbət assosiasiya yaradır və bu xüsusiyyət onun mədəni sərhədləri aşaraq qlobal populyarlıq qazanmasına səbəb olur.

Qeyd olunur ki, qədim yunan dilində “müdriklik” mənasını verən “sophía” sözündən yaranan bu ad tarix boyu Qədim Yunanıstandan Roma imperiyasına, Slavyan ölkələrindən Qərbi Avropaya qədər geniş coğrafiyada istifadə olunub və bu gün də zərifliyin simvollarından biri hesab edilir.

Bu ad müxtəlif ölkələrdə "Sophie", "Sofia" və "Sofie" kimi variantlarda işlədilsə də, fonetik cazibəsini və asan tələffüzünü bütün dillərdə qoruyub saxlayır.

Ayxanım Məlikova

Seçilən
25
unikal.az

1Mənbələr