Bakı. Trend:
Yaxın Şərqdə 28 fevral tarixində başlayan hərbi əməliyyatlardansonra Brent markalı neftin spot bazar qiyməti 27 fevral tarixinəolan orta hesabla bir barel üçün 71 dollardan 9 mart tarixinə birbarel üçün 104 dollara qədər yüksəlib.
Trend bu barədəABŞ-nin Enerji İnformasiya İdarəsinə (EIA) istinadən xəbərverir.
"9 mart tarixinə neft infrastrukturuna fiziki zərər məhdud olsada, Hörmüz boğazı faktiki olaraq əksər gəmilər üçün bağlanmışvəziyyətdədir. Münaqişənin neft tədarükünə təsiri ilə bağlı yüksəkqeyri-müəyyənlik neft qiymətlərində əhəmiyyətli risk mükafatınınyaranmasına səbəb olub, belə ki, bazar iştirakçıları tədarüklərdəyaranan real fasiələləri və onların davam etmə ehtimalınıqiymətləndirməkdədirlər",- məlumatda vurğulanır.
Qeyd olunur ki, neft qiymətlərinin daha da artması üçün əsasrisk dünyanın əsas neft nəqli qovşaqlarından biri olan və qlobalneft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının uzunmüddət bağlı qalması ilə bağlıdır:
"Boğaz fiziki olaraq bloklanmasa da, İran tərəfindən mümkünhücum təhlükəsi və sığorta təminatının ləğv edilməsi səbəbindəntankerlərin əksəriyyəti bu marşrutdan keçməkdən çəkinir. Nəticədəregionda neft hasilatının bir hissəsi müvəqqəti olaraqdayandırılıb. Gəmi ilə yükdaşıma həcminin azalması davam edərsə,dar nəqliyyat dəhlizinin bu tərəfində yerləşən neft anbarlarısürətlə dolacaq və bu da istehsalçıları hasilatı daha da azaltmağaməcbur edəcək. Bu isə öz növbəsində neft qiymətlərinin artımınaəlavə dəstək verəcək".
Hesabatda bildirilir ki, modelləşdirmə sürətlə dəyişən vəqeyri-müəyyən olaraq qalan vəziyyətlə bağlı bir sıra fərziyyələrəəsaslanır.
Vurğulanır ki, bu təhlildə dayandırılmış neft hasilatının piksəviyyəsinin aprelin əvvəlində əsasən Iraqda, daha az həcmdə isəKüveyt, BƏƏ və Səudiyyə Ərəbistanında baş verəcəyi ehtimaledilir.
Analitiklər həmçinin hesab edirlər ki, Hörmüz boğazı vasitəsilətranzitin bərpası ilə dayandırılmış hasilat həcmləri tədricənazalacaq.
Gözlənilir ki, qısamüddətli tədarük fasilələri, bununla bağlıhasilatın dayandırılması və davam edən risk mükafatı 2026-cı ilinikinci rübündə Brent neftinin qiymətini orta hesabla bir barel üçün91 dollar səviyyəsində saxlayacaq.
"Hörmüz boğazı vasitəsilə neft axınları bərpa olunduqdan sonraqlobal neft hasilatının bütün proqnoz dövrü ərzində istehlakıüstələməyə davam edəcəyi gözlənilir. Nəticədə dünya üzrə neftehtiyatları 2026-cı ildə orta hesabla gübı 1,9 milyon barel,2027-ci ildə isə günə 3,0 milyon barel artacaq", - hesabatda qeydedilir.