AZ

QHT-lər Agentlikdən 18 milyon istəyib

Bir məqamı da anlayışla və düzgün qəbul etmək lazımdır ki, QHT Agentliyi daxil olmuş bütün layihələri maliyyələşdirə bilməz.

QHT.az xəbrə verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva  bildirib.

"Nəzəri olaraq, 2026-cı il üzrə təqdim olunmuş bütün layihələrə vəsait açılsa, bu, ümumilikdə, 18 milyon manat edərdi, halbuki, Agentliyin illik qrant büdcəsi bundan 4,5 dəfə aşağıdır. Agentliyin öhdəliyi yoxdur ki, daxil olmuş hər bir layihəni maliyyələşdirsin.

Agentlik layihəsi qalib olmayan QHT-lərlə də sıx əməkdaşlıq edir. Onları Agentliyin təşkilatçılığı ilə baş tutan tədbirlərdə tez-tez görə bilərsiniz, onların ümumi proseslərdə, vətəndaş cəmiyyəti ilə əlaqədar təşəbbüslərdə fəal iştirakını, əməyini, ümumi işə töhfəsini yüksək qiymətləndiririk."

Seçilən
78
qht.az

1Mənbələr