AZ

Nəqliyyat eksperti Eldəniz Cəfərov: “Təcili tibbi yardım çantasının içində olmalı dərmanlar apteklərdə tapılmır”

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avtobloger bildirib ki, avtomobildə ilkin yardım çantası, yanğınsöndürmə balonu və qəza dayanma işarəsi mütləq olmalıdır: “Təhlükəsizlik və sağlamlıq hər bir sürücünün şəxsi məsuliyyətidir, onları başqasına etibar etmək düzgün deyil. İlk yardım çantasının içində sarğı materialları, antiseptik, yod və qayçı mütləq olmalıdır.”Avtomobildə hansı təhlükəsizlik vasitələri mütləq olmalıdır?İlk yardım çantasının içində hansı əşyalar xüsusilə vacibdir?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ilkin tibbi yardım çantası məsələsinə yenidən baxılmalıdır: “Avtomobillərdə ilkin təcili tibbi yardım çantası, yanğınsöndürmə balonu, işıqqaytarıcı qırmızı üçbucaq və "stop" işarəsi sürücünün təhlükəsizliyi üçün vacib vasitələrdir.

Təcili tibbi yardım çantasının içində olmalı preparat və dərmanların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən olunub və dərc edilib. Lakin sürücülərdən şəxsən mənə tez-tez şikayət gəlir ki, həmin siyahıda olan dərmanları tapmaq çətindir. Azərbaycandakı apteklərdə bu dərmanların bəziləri demək olar ki, yoxdur və defisitdir”.

Eldəniz Cəfərov

“Burda belə bir sual meydana gəlir: əgər dərmanlar ölkədə tapılmırsa, onlar siyahıdan çıxarılmalı, yoxsa uyğun analoqlarla əvəz olunmalıdır? Yaxşı olardı ki, müvafiq qurumlar bu məsələ ilə məşğul olsun və real olaraq lazım olan dərmanların siyahısını yenidən tərtib etsinlər.

Məsələn; siyahıda qida zəhərlənməsinə qarşı dərmanın olması vacib hesab olunur. Sürücülər bu dərmanı niyə üzərində daşımalıdır? Sürücü sanitar deyil. Həmçinin siyahıda tibbi qayçı və tibbi əlcək kimi vasitələr qeyd olunub. Əgər bunlar vacibdirsə, belə çıxır ki, tibbi maska da olmalıdır. Əgər tibbi maska lazımdırsa, o zaman o siyahıya əlavə olunmalıdırmı? İlkin tibbi yardım çantasının tərkibi yenidən gözdən keçirilməlidir. Ümumiyyətlə, bu məsələyə yenidən baxılsa daha yaxşı olar”, – deyə Eldəniz Cəfərov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
bizimyol.info

1Mənbələr