AZ

Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov tərəfindən 13 mart tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 10:00-dan Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 12 mart tarixində Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlaqə: tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Seçilən
104
11
buta.tv

10Mənbələr