AZ

Xətaidə Sarayevo küçəsində gecə ilə peyda olan DAHA BİR OBYEKT FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Xətai rayonu, Sarayevo küçəsində gecə saatlarında obyekt tikildiyi iddia olunur. 

Avtosfer.az xəbər verir ki, bu barədə Ajans.az-ın qaynar xəttinə ərazidə yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə, obyekt gecə saatlarında inşa edilib və nəticədə səki zəbt olunub.

Bildirilib ki, aparılan tikinti işləri piyadaların hərəkətinə maneə yaradır və ərazidə narahatlıq doğurur. Hadisənin baş verməsindən bir neçə gün keçməsinə baxmayaraq, məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən hər hansı tədbir görülməyib.

Ərazidə yaşayan sakinlər problemin araşdırılmasını və qanunsuz tikinti ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
1
avtosfer.az

2Mənbələr