"Atletiko Madrid" UEFA Çempionlar Liqasında "Barselona"nın rekordunu təkrarlayıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, İspaniya təmsilçisi buna öz meydanında "Tottenhem"ə qalib gəldiyi matçda (5:2) - sözügedən turnirin 1/8 final mərhələsinin ilk oyununda nail olub.
Sğzügedən kollektiv tarixində ilk dəfə ÇL qarşılaşmasının ilk hissəsində dörd qol vurub.
"Atletiko" bunu qitənin ən nüfuzlu klub turnirinin pley-off oyununda bacaran ikinci İspaniya klubudur. Daha öncə yalnız "Barselona" azarkeşlərini oxşar ssenari ilə sevindirib. "Blauqrana" anoloji nəticə ilə 2009-cu ildə, "Lion"la görüşdə diqqət çəkib.
Toğrul