AZ

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

Azərbaycanda martın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 775 millimetr civə sütunundan 772 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2-dərəcəyədək isti olacağı ehtimal edilir.

Seçilən
55
35
azerbaijan-news.az

10Mənbələr