“Barselona”nın hücumçusu Lamin Yamal Çempionlar Liqasında klubun yeni rekordunu müəyyənləşdirib.
Msport.az xəbər verir ki, Yamal “Barselona”nın avrokuboklar tarixində ən gənc penalti qolunun müəllifi olub.
1/8 final mərhələsinin “Nyukasl”la (İngiltərə klubu) keçirilən ilk oyununda (1:1) Lamin matçın 90+6-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, “Barselona” və “Nyukasl” arasındakı cavab qarşılaşması martın 18-də İspaniyada baş tutacaq.