AZ

İran kütləvi hücumlar başlatdığını xəbər verib

İranın dövlət televiziya kanalı Yaxın Şərqdəki İsrail və Amerika hədəflərinə qarşı yeni kütləvi hücumlar başlatdığını xəbər verib.

Herbiand.az xəbər verir ki, lanalın istinad etdiyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasına görə, bu hücum "müharibənin başlanğıcından bəri ən şiddətli və güclü" olub və üç saat davam edib.

Zərbələr İsrail şəhərlərini, o cümlədən Təl-Əviv və Hayfanı, eləcə də qərbi Qüdsü hədəfə alıb. İsrail ordusu ölkəyə doğru irəliləyən raketləri aşkarladığını və hava hücumundan müdafiə sistemlərini işə saldığını bildirib.

AFP jurnalistləri Qüdsdə hava hücumu sirenlərinin səsləndirildiyini və uzaqdan partlayışların səsləndiyini bildiriblər.

Seçilən
33
herbiand.az

1Mənbələr