AZ

Livana gecə hücumu: Ölənlərin sayı artır

İsrail ordusunun gecə saatlarından bəri Livana təşkil etdiyi hava hücumlarında həyatını itirənlərin sayı 30-a yüksəlib. 31 nəfər isə yaralanıb.

"Cebheinfo.az"-ın Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadən məlumatına görə, İsrail ordusu gecə saatlarında cənubdakı Sur, Bint Cubeyl və Nəbatiyə şəhərləri ilə şərqdə Qərbi Bekaa və Beyrutun cənub məhəllələrini hədəf alan bir sıra hava hücumları həyata keçirib.

Xanadiyə, Şəhabiyə, Kana, Hoş və Tibnin başda olmaqla bir çox yaşayış məntəqəsi vurularkən, Beyrutun Ayşə Bəkkar bölgəsindəki bir mənzil də hədəf alınıb.

Şəhabiyədəki hücumda 6 nəfər, Kanada 5 nəfər, Xanadiyə və Şərqiyədə hər birində 3 nəfər, Zelaya, Hoş və Kəfərtibnit qəsəbələrində isə hər birində 1 nəfər həlak olub. Zelaya, Hoş, Kana, Şəhabiyə və Tibnin bölgələrində 26 livanlı yaralanıb.

Livanın şərqindəki Baalbek bölgəsinin Təmnin qəsəbəsində suriyalıların yaşadığı binaya səhər saatlarında təşkil edilən hücumda isə 10 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.

Səhər saatlarında, həmçinin cənubdakı Yuxarı Nəbatiyə qəsəbəsində bir motosiklet pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınıb, İsrail təyyarələri ölkənin cənubundakı Tayri və Zəbkin qəsəbələrini vurub. Cənubdakı Saf Hava bölgəsində də bir avtomobilə PUA hücumu edilib.

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr