AZ

Avropa Mərkəzi Bankı: Yaxın Şərqdəki müharibə fonunda inflyasiyanın nəzarətdə saxlanılması üçün tədbirlər görüləcək

Brüssel, 11 mart, AZƏRTAC

Avropa Mərkəzi Bankı (AMB) bəyan edib ki, Yaxın Şərqdə davam edən müharibə və enerji qiymətlərinin artmasına baxmayaraq, inflyasiyanın nəzarətdə saxlanılması üçün bütün zəruri tədbirlər görüləcək.

AZƏRTAC xəbər verir ki, AMB prezidenti Kristin Laqardın (Christine Lagarde) sözlərinə görə, qurumun əsas məqsədi Avropa vətəndaşlarının yenidən yüksək inflyasiya ilə üzləşməsinin qarşısını almaqdır.

O qeyd edib ki, qlobal geosiyasi gərginliklər enerji bazarlarında qeyri-müəyyənliyi artırır ki, bu da qiymətlərin artmasına təzyiq göstərir. Bununla yanaşı, Avropa Mərkəzi Bankı pul-kredit siyasətini iqtisadi göstəricilərə əsaslanaraq müəyyən etməyə davam edəcək.

Rəsmilər bildirirlər ki, münaqişənin uzun müddət davam etməsi enerji qiymətlərinin daha da bahalaşmasına və nəticədə inflyasiya risklərinin artmasına səbəb ola bilər. Bank rəhbərliyi vurğulayıb ki, iqtisadi sabitliyi qorumaq və qiymət artımını məhdudlaşdırmaq üçün bütün mövcud alətlərdən istifadə olunacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Seçilən
16
1
azertag.az

2Mənbələr