AZ

Dünyanın ən varlı insanları ONLARDIR

Amerikanın "Forbes" jurnalı dünyanın ən varlı insanlarının siyahısını açıqlayıb. 

Hesabata görə, bu il milyarderlərin sayı rekord həddə çataraq 3428 nəfərə yüksəlib. ümumi sərvət isə 20,1 trilyon dollar olub.

“Cebheinfo.az” xəbər verir ki, siyahının başında "Tesla", "SpaceX" və "X" şirkətlərinin sahibi İlon Mask dayanır. Onu "Google"-un həmtəsisçiləri Larri Page və Sergey Brin, "Amazon"-un təsisçisi Jeff Bezos və "Meta"-nın baş direktoru Mark Zuckerberg izləyir.

Türkiyədən siyahıya 40 nəfər daxil olub. Ən varlı türk Hamdi Ulukaya olub (13,5 milyard dollar). Siyahıda Murat Ülker, Cəmil Kazancı, Erman Ilıcak və Ferit Şahenkin də adı var.

Siyahıda, həmçinin Uğur Şahin və Eren Özmen ilə Fatih Özmen də yer alıb.

Seçilən
99
cebheinfo.az

1Mənbələr