AZ

SEPAH Kürdüstana 1 tonluq raket atdı

İran ordusu İraq Kürdüstanındakı ABŞ bazasına və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına zərbə endirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.

"Bu dalğa zamanı ABŞ və İsrailin Ərbildəki  bazalarına, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına və Təl-Əvivin mərkəzindəki Be'er Ya'akov ərazisinə Heybər-Şekan, bir tonluq döyüş başlığı olan "Qədr" raketləri və çoxsaylı geri qayıtma vasitələri olan "Xürrəmşəhr" və "Heybər" ağır raketləri ilə hücum edilib", - deyə məlumatda bildirilir.

Dövlət televiziyası daha əvvəl 37-ci hücum dalğası zamanı cənubi Təl-Əvivdəki peyk rabitə mərkəzinin atəşə tutulduğunu, Be'er Ya'akov və Hayfadakı hərbi mərkəzlərə, eləcə də Ərbildəki və bölgədəki 5-ci ABŞ Hərbi Dəniz Bazasındakı çoxsaylı ABŞ hədəflərinə hücum edildiyini bildirib.

Xəzər

Seçilən
17
cebheinfo.az

1Mənbələr