AZ

Ötən gün qanunsuz saxlanılan silah-sursatla bağlı 20 fakt müəyyən edilib - DİN

Ötən gün qanunsuz saxlanılan silah-sursatla bağlı 20 fakt müəyyən edilib - DİN

Martın 9-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 162 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Saxlanılanlar arasında borclu şəxs qismində axtarılan 120, itkin düşmüş kimi axtarışı aparılan 20 və dələduzluğa görə axtarılan 15 nəfər var. Həmçinin narkotiklərlə əlaqədar 33 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 4 qumbara, 28 tüfəng, 16 patron darağı və 535 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər də saxlanılıb.

Seçilən
136
9
afn.az

10Mənbələr