AZ

Trampın yaxın çevrəsinə qəribə HƏDİYYƏSİ: Hamı eyni ayaqqabıları GEYİNİR – FOTO

Donald Tramp tabeliyindəki şəxslərə eyni ayaqqabılardan hədiyyə edib. Bəzilərinə böyük olsa da, geyinməyə məcburdurlar

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp özünün ən yaxın silahdaşlarına, o cümlədən vitse-prezident Cey Di Vensə, dövlət katibi Marko Rubioya və Pentaqon rəhbəri Pit Heqsetə “Florsheim” brendinə məxsus eyni model klassik ayaqqabılar hədiyyə edib.

Məlumata görə, Tramp bu hədiyyələrin pulunu şəxsi vəsaiti hesabına ödəyir və həmin şəxslərin bu ayaqqabıları geyinib-geyinmədiklərinə diqqətlə nəzarət edir.

Ağ Evdə zarafatla bildirirlər ki, rəsmilərin çoxu sadəcə prezidentin qarşısında “nankor” görünməmək qorxusundan bu ayaqqabıları geyinirlər.

Təqdim olunan fotolarda dövlət katibi Marko Rubionun geyindiyi ayaqqabıların ona nəzərəçarpacaq dərəcədə böyük olduğu aydın görünür.

Lakin buna baxmayaraq, o, rəhbərinin hədiyyəsini nümayişkaranə şəkildə istifadə etməyə davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
interpress.az

1Mənbələr