AZ

“İran Azərbaycana zərbə endirmək qərarına gəlsəydi, hədəf dəqiqliklə vurulardı”

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın Ermənistandakı səfiri Naxçıvandakı dron hadisəsi ilə bağlı danışdı

Gununsesi.info xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Naxçıvanda baş verdiyi bildirilən dron hadisəsi ilə bağlı açıqlama verib.

Səfir bildirib ki, İran heç bir yerdə gizli hücumlar həyata keçirmir və ölkənin dronları ilə raketləri yüksək dəqiqliyə malikdir. Onun sözlərinə görə, Naxçıvan hava limanının boş ərazisinə düşəcək bir dronla Azərbaycana zərbə endirmək üçün heç bir səbəb yoxdur.

Şirqolami qeyd edib ki, əgər İran Azərbaycana zərbə endirmək qərarına gəlsəydi, hədəf dəqiqliklə vurulardı. O əlavə edib ki, bu səbəbdən baş verən insident şübhəli görünür.

Səfir həmçinin Azərbaycanın reaksiyasını qeyri-mütənasib və qeyri-dost xarakterli adlandırıb. Onun sözlərinə görə, bu reaksiya İranın hərbi rəhbərliyinin Azərbaycana xəbərdarlıq etməsinə səbəb olub.

Şirqolami bildirib ki, belə proseslərə başlamaq əvəzinə ehtiyatlı olmaq lazımdır ki, İsrail Azərbaycanın ərazisindən İrana hücum etməsin. O vurğulayıb ki, belə bir hal baş verərsə, İran tərəddüd etmədən cavab verəcək.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr