AZ

Nazir ərzaq təhlükəsizliyindən danışdı

ain.az bildirir, Unikal.az portalına istinadən.

"Ərzaq təhlükəsizliyi anlayışı müəyyən mənada bəzi inkişaf etmiş ölkələr üçün daha çox ərzaq təhlükəsizliyinin nə qədərini iqtisadi səmərəli olaraq ölkədə təmin edə bilərəm, nə qədərini isə minimal risklə başqa yerlərdən tədarük edə bilərəm məntiqinin ətrafında birləşir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

"Bu, sadəcə ölkədə istehsal deyil, həm ticarət siyasəti, həm də istehsal siyasətinin birgə birləşdirilməsində irəli gəlir. Düşünürəm ki, bunu göz önündə saxlamalıyıq", - deyə nazir bildirib.

Anar Kəlbiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
2
unikal.az

3Mənbələr