İordaniya İsrailə vacib tərəvəz ixracını on gün müddətinə dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə regional KİV-lər məlumat yayıb.
İordaniya hakimiyyəti İsrailə əsas tərəvəz məhsullarının ixracını on gün müddətinə dayandırmaq barədə qərar qəbul edib.
Bu addımın atılmasında əsas məqsəd İordaniyanın daxili bazarında tərəvəz məhsullarının qiymətini aşağı salmaq və yerli tələbatı tam qarşılamaqdır.
Analitiklərin fikrincə, İordaniyanın bu qərarı hazırda müharibə şəraitində olan və tədarük zəncirində ciddi problemlər yaşayan İsraildə tərəvəz qiymətlərinin kəskin şəkildə artmasına səbəb ola bilər.
Qeyd edək ki, İsrail tərəfi hətta ən şiddətli quraqlıq dövrlərində və regional gərginliklər zamanı belə İordaniyaya su tədarükünü fasiləsiz davam etdirib.
Xuraman Etibarlı
İnterpress.az