AZ

Fransa: Strateji yanacaq ehtiyatımız 108 günə kifayət edəcək

Fransa: Strateji yanacaq ehtiyatımız 108 günə kifayət edəcək

Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur BFMTV telekanalına müsahibəsində bildirib ki, ölkənin hazırda 108 günlük istehlaka bərabər strateji yanacaq ehtiyatı var.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, nazir bildirib ki, "Böyük Yeddilik" (G7) ölkələrinin iqtisadiyyat və energetika nazirləri bazarın sabitləşdirilməsi üçün bütün tədbirləri görmək, o cümlədən strateji rezervləri dövriyyəyə buraxmaq barədə prinsipcə razılığa gəlsələr də, konkret istifadə qərarı hələ qəbul edilməyib. Bu məsələnin G7 liderlərinin bu gün keçiriləcək görüşündə müzakirə olunacağı gözlənilir.

Leskyur Asiyada yanacaq çatışmazlığı probleminin olduğunu etiraf etsə də, Fransada hazırda tədarüklə bağlı heç bir sıxıntının yaşanmadığını vurğulayıb. O qeyd edib ki, dünya bazarlarına Hörmüz boğazının bağlana biləcəyi təqdirdə oradakı neftin digər ölkələrin ehtiyatları ilə əvəzlənəcəyinə dair aydın mesaj verilməlidir.

Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumu nəticəsində Hörmüz boğazından keçən daşımaların dayanması qlobal neft tədarükünün 20%-nin kəsilməsinə səbəb olub. İranda hakimiyyətə nəzarət edən SEPAH rəsmiləri isə Hörmüz boğazının ABŞ və İsraillə əlaqəli bütün gəmilər üçün rəsmən bağlandığını elan ediblər. Bu, tarixin ən böyük neft tədarükü böhranı hesab olunur.

Beynəlxalq Enerji Agentliyi (BEA) bazarı sakitləşdirmək üçün 182 milyon bareldən çox neftin rezervlərdən çıxarılmasını təklif edib.

Seçilən
77
afn.az

1Mənbələr