AZ

İrandakı kinoteatrlar 13 martda yenidən açılacaq

ain.az, Reyting.az saytına istinadən bildirir.

Tehran, Təbriz və İsfahan şəhərləri istisna olmaqla, İrandakı kinoteatrlar 13 martda yenidən açılacaq. 

Reyting.az bildirir ki, bu barədə İran Kino Təşkilatının film yayımı və sərgi şöbəsinin müdiri Müctəba Behzadian məlumat verib.

İRNA M. Behzadiana istinadla yazıb:

“Tehran, Təbriz və İsfahan istisna olmaqla, qalan şəhərlərdəki kinoteatrlar Mədəniyyət və İslam İrşad Nazirliyinin təsdiqi ilə cümə günü yenidən açıla biləcək”.

Qeyd olunur ki, komediyalar istisna olmaqla, bütün filmlərin nümayişinə icazə veriləcək.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
reyting.az

1Mənbələr