AZ

Azərbaycanla Çin şirkəti rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı dəyərləndiriblər

Bakı. Trend:

Azərbaycan və Çinin "iSoftStone" şirkəti arasında rəqəmsaliqtisadiyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov "X" hesabında paylaşım edib.

"Çinin "iSoftStone" şirkətinin icraçı vitse-prezidenti Li Huanqilə rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində tərəfdaşlıqimkanlarını müzakirə etdik.

Texnologiya transferi, eləcə də ölkəmizdə kompüter və elektronavadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirininformalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsiapardıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanla Çin arasındaticarət əməliyyatlarının həcmi 417,8 milyon ABŞ dolları təşkiledib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 38,3 milyon ABŞ dolları və ya 10,1% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 11,81%-i həcmində olub. Bununla da sözügedənölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədəqərarlaşıb.

Bu ilin yanvar ayında Azərbaycandan Çinə 10,2 milyon dollarlıqməhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə9,065 milyon ABŞ dolları və ya 9,2 dəfə çoxdur.

Hesabat dövründə Çindən Azərbaycana isə 407,7 milyon ABŞ dollarıdəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 29,2 milyon ABŞ dolları və ya 7,7% artımdeməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çoxməhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Seçilən
37
1
az.trend.az

2Mənbələr