AZ

İran misli görünməmiş zərbələr endirdi: Tarixdə ilk

İslam İnqilabı Keşikçiləri Korpusu cari münaqişə çərçivəsində ABŞ və İsrail hədəflərinə qarşı indiyə qədər ən güclü raket zərbələrini həyata keçirdiyini elan edib.

Publika.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.

Bildirilir ki, əməliyyat üç saatdan çox davam edib və intensiv raket atışları ilə müşayiət olunub. İran tərəfinin bəyanatına görə, hücum zamanı “Xorramşəhr” super ağır raketlərindən istifadə edilib. Bu raketlərin əvvəllər də ABŞ bazalarına və İsrail obyektlərinə dəfələrlə zərbə endirdiyi vurğulanıb.

Hücum zamanı əsas hədəfin Təl-Əviv yaxınlığındakı peyk stansiyası olduğu qeyd edilib. SEPAH-ın məlumatına görə, raket zərbələri Həifə və Qərbi Qüdsdəki hərbi obyektlərə də dəyib.

Seçilən
81
publika.az

1Mənbələr