AZ

Sınıq salxaq “Real” “Siti”yə müqavimət göstərə biləcəkmi?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasında bu həftə 1/8 finalın ilk oyunları keçirilir. İlk 4 oyun artıq baş tutduğundan biz yalnız ikinci oyun gününün qarşılaşmaları haqda danışacağıq. ÇL-i artıq “Real” ilə “Mançester Siti”nin dueli olmadan təsəvvür etmək çətindi. Bu turnirin klassikasına çevrilmiş budəfəki duel də maraqlı və gərgin oyun vəd edir. İngiltərənin digər nəhəngləri də səfərdən uğurlu nəticə ilə dönməyə çalışacaqlar. Mövsümün əsas sürprizi olan “Bude/Qlimt” isə yenə futbol dünyasını təəccübləndirməyə çalışacaq. “Arsenal”ın ÇL-in pley-offunda Almaniya klublarına qarşı son 5 duelin hamısında mübarizəni dayandırması diqqəti çəkir. Amma məsələ burasındadı ki, bu duellərin hər birində rəqib “Bavariya” olub! “Bayer-04” isə hər nə qədər hörmətə layiq komanda olsa da, Münhen nəhəngi qədər qorxulu deyil. Hərçənd leverkuzenlilər bu mövsüm liqa mərhələsində hətta səfərdə “Mançester Siti”ni də məğlub etməyi bacarıblar (2:0). Ümumiyyətlə, komandanın ingilislərə qarşı son 7 matçın yalnız birində uduzması diqqəti çəkir (3 qələbə, 3 heç-heçə). “Aspirinlər”in əleyhinə olan əsas məqam odu ki, komanda ÇL-in 1/8 finalında iştirak etdiyi son 6 halın heç birində mərhələni adlaya bilməyib. “Bayer-04”ün bu müddətdə bu mərhələdə keçirdiyi 12 matçın statistikası çox zəifdi (1 qələbə, 1 heç-heçə, 10 məğlubiyyət). Liqa mərhələsində xal itirməyən “Arsenal” bu rəqibi hər iki oyunda yenəcəyi təqdirdə ÇL-də 10 oyunluq qələbə seriyası yaxalayan ikinci İngiltərə təmsilçisi olacaq. Daha öncə bunu 2023 may – 2024 mart aralığında “Siti” bacarıb. Liqa mərhələsində səfərdə həm “Vilyarreal”ı, həm də “Real”ı məğlub edən “Siti” bu mövsüm 3-cü dəfə İspaniyanı fəth etməyə çalışacaq. Bu komandalar ÇL-də ardıcıl 5-ci mövsümdə qarşılaşacaq ki, bu da turnirin yeni rekordu kimi tarixə düşəcək. Maraqlı fakt odu ki, Kurtua ilə Rüdiger hətta “Çelsi”də oynadığı dönəmdə belə “şəhərlilər”ə qarşı bu qədər oyun keçirməmişdi! Komandalar arasında indiyə qədər keçirilən 15 qarşılaşmadakı nəticələr göz oxşayır: hərəyə 5 qələbə və 5 heç-heçə. Qvardiolanın komandası bu dəfə aşkar favorit sayılır. Səbəb təkcə “Real”ın mövsümü qeyri-sabit keçirməsi yox, həm də bu oyuna ciddi itkilərlə çıxması ilə bağlıdı. Madrid nəhəngi bir neçə önəmli oyunçudan məhrumdu ki, onların arasında Mbappe, Bellingem və Rodriqo da var. Bura “Real”ın ingilislərə qarşı son 4 qarşılaşmada uduzmasını da əlavə etmək olar. Ancaq “kral klubu”nun bu turnirin şahı olduğunu unutumayaq. Bu dueldə autsayder sayılması və itiriləsi bir şeyinin olmaması əksinə, “Real”ın xeyrinə işləyə bilər. Ötən mövsüm ÇL-i qazanarkən yolüstü “Liverpul”, “Aston Villa” və “Arsenal”ı mübarizədən kənarlaşdıran PSJ-nin”Çelsi” ilə öz haqq-hesabı var. Axı ötən yay yeni formatda keçirilən Klublararası DÇ-nin finalında PSJ favorit sayıldığı halda, sürpriz şəkildə “Çelsi” önündə 0:3 darmadağın olmuşdu. Hərçənd parislilər bu il ötən mövsümkü qədər əzəmətli və məğlubedilməz görünmür. “Çelsi” bu cütdə autsayder sayılsa da, onu siyahıdan silmək hələ tezdi. Özü də nəzərə alaq ki, “zadəganlar” hazırda Fransa təmsilçilərinə qarşı 6 oyunluq qələbə seriyasına malikdi. “Sportinq”lə “Bude/Qlimt”in duelində təsnifatlar da daxil olmaqla ÇL-in pley-offunda ilk dəfə Portuqaliya və Noveç klubu üz-üzə gələcək. Son aylarda Avropa nəhənglərinin qəniminə çevrilməklə hər kəsi təəccübləndirən “Bude/Qlimt”in ötən mövsüm AL-in əsas mərhələsində evdə “Portu”dan (3:2) və səfərdə “Braqa”dan (2:1) üstün olmasını xüsusi xatırlatmağa dəyər. Ancaq “Sportinq” də Norveç təmsilçilərinə qarşı son 6 oyunun 5-də qalib gəlib (1 məğlubiyyət). “Bude/Qlimt”in avrokubokların pley-offunda son 9 haldan 7-də mərhələni adlaması maraqlı məqamdı. Bundan başqa, bu komanda son 16 pley-off duelinin yalnız 3-də ilk oyunda məğlubiyyət acısı yaşayıb (11 qələbə, 3 heç-heçə). Qısası, “Mançester Siti” ilə “İnter”in bacarmadığını “Sportinq” bacarmağa çalışacaq.1/8 final, ilk oyunlar11 martBayer-04 – ArsenalCəzalı: yoxduHakim: Xəlil Umut Mələr (Türkiyə)Real – Mançester SitiCəzalı: yoxduHakim: Mauritsio Mariani (İtaliya)PSJ – ÇelsiCəzalı: yoxduHakim: Alexandro Xose Ernandes Ernandes (İspaniya)Bude/Qlimt – SportinqCəzalı: yoxdu/Arauxo, QonsalveşHakim: İvan Krujlyak (Slovakiya)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
1
icma.az

2Mənbələr