AZ

Zaqatala şəhərinin böyük hissəsində su təchizatı dayandırılıb

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zaqatala şəhərinin 28 May küçəsində su xəttində qəza baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, baş vermiş qəzanın təmir edilməsi ilə əlaqədar şəhərin Heydər Əliyev, N.Nərimanov, Tağıyev, Həzi Aslanov, M.Rəsulzadə, 28 may, Sabir, Füzuli, Ü.Sadıqov küçələrində, Azərbaycan prospekti, Nizami, A.Qardaşov, F.Əmirov, Vidadi və s. küçələrinin bir hissəsində su təchizatı müvəqqəti dayandırılıb.

Qeyd edilib ki, suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra təmin ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
5
avtosfer.az

8Mənbələr