AZ

Qarabağ mövzusunu qaldırmağa cəhd edən “soyqırım” muzeyi direktoru İSTEFA VERDİ

Ermənistanda “soyqırım” muzeyinin direktoru hakimiyyətin təzyiqi ilə istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Erməni “soyqırımı” muzey-institutunun direktoru Edita Qzoyan vəzifəsindən azad olunması barədə ərizə yazıb.

Muzeydən verilən məlumata görə, istefa ərizəsi artıq yazılsa da, hələlik bununla bağlı hər hansı rəsmi hüquqi akt qüvvəyə minməyib.

Edita Qzoyan özü hələlik vəziyyəti şərh etməkdən imtina edib.

Məlumata görə, Nikol Paşinyan hökumətinin direktordan narazı qalmasına səbəb ABŞ-nin vitse-prezidenti Cey Di Vensin qondarma “soyqırım” memorialını ziyarəti zamanı baş verənlər olub.

Bildirilir ki, Qzoyan həmin görüşdə Qarabağ erməniləri mövzusunu qaldırıb və ABŞ rəsmisinə qondarma “Arsax” haqqında kitablar təqdim edib.

Paşinyan administrasiyasının bu addımı bəyənmədiyi qeyd olunur.

Ermənistanın “Hraparak” qəzeti yazır ki, ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan muzey direktoruna “öz istəyi ilə” istefa ərizəsi yazmağı təklif edib.

Nazirin direktoru hədələyərək bildirib ki, əks halda o, məcburi şəkildə vəzifəsindən kənarlaşdırılacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
54
interpress.az

1Mənbələr