AZ

Hər layihəni maliyyələşdirmək kimi öhdəliyimiz yoxdur

“Builki layihələrin təhlilində qəribə mənzərələrlə də qarşılaşmışıq. Məsələn, QHT-lərdən biri layihəsində Qarabağda və Naxçıvanda yaşayan gənclərlə sıx işləmək istədiyini bildirib, amma icra planında nəzərdə tutduğu tədbirlərin heç birinin həmin ərazilərdə olmadığı müəyyən edilib, tədbirlər Sumqayıtda keçiriləcəkmiş”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, uğursuz layihələrlə bağlı qeyri-hökumət təşkilatlarına müvafiq izahlar təqdim edilir:

“Fəaliyyəti dövründə bir dəfə də olsun xarici media ilə iş təcrübəsi olmayan QHT-lərdən biri isə icra planında layihə nəticələrini CNN və BBC-də təqdim edəcəyini iddia edib. Yaxud, Özbəkistan haqqında layihə təqdim etmiş QHT-lərdən biri icra planında Qazaxıstanın mövzuya aidiyyəti olmayan lokal QHT-ləri ilə işləyəcəyini bildirib. Təbii ki, bu cür layihələr uğur qazana bilməz.

Müsabiqələrdə qalib ola bilməyən QHT-lərin hər birinə təqdim etdikləri layihə barədə çatışmazlıqlar, iradlar müvafiq sistem üzərindən izah edilir. Müşahidə edirik ki, bu qeydlərə məsuliyyətlə yanaşan bir sıra təşkilatların növbəti layihələrində əvvəlki problemlər aradan qalxır, onlar uğur qazanır. Bu da təbiidir, çünki qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir. Buna görə də artıq müsabiqələrin nəticələri açıqlananda QHT sədrinin adı qeyd olunmur, layihəsi qalib gələn QHT, layihənin adı, qrant məbləği göstərilir”.

Seçilən
75
publika.az

1Mənbələr