AZ

Litva xüsusi hərbi əməliyyat iştirakçılarının ölkəyə girişini qadağan edəcək

Xüsusi hərbi əməliyyatda iştirak edən rusların Litvaya girişi qadağan ediləcək.

Herbiand.az xəbər verir ki, bu barədə Litva daxili işlər naziri Vladislav Kondratoviç jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müvafiq rusların siyahısı qüvvəyə minir: “Onların Litvaya girişi qadağan edilib. Bu, Estoniya nümunəsinə uyğun olaraq milli təşəbbüsdür”.

Kondratoviç hesab edir ki, siyahıya yüz minlərlə rus daxil ola bilər: “Onu tərtib edənləri böyük iş gözləyir. Çünki hüquqi mübahisələrin qarşısını almaq üçün onların xüsusi hərbi əməliyyatda iştirakını yoxlamaq lazımdır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
64
herbiand.az

1Mənbələr